YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nizami rayonunda YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı birgə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun ərazisində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan S.Vəliyeva deyib: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər insan birləşib”.

Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva isə dövlət müstəqilliyimizin, partiya maraqlarının müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıb.

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olunub, bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında iştirakına görə fəxri fərmanla və mükafatlarla təltif edilib.

DİGƏR Partiya xəbərləri Arxiv