YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir

“2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, bu fakt ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasəti təcəssüm etdirir. Onun sözlərinə görə, qarşıya enerji sektorunun inkişafı ilə yanaşı, neftdənkənar iqtisadiyyatın potensialının artırılması ilə bağlı hədəflər qoyulub. Son 16 ildə ölkəmizdə bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilib və Onun siyasi iradəsi əsasında milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin tədricən neftdənkənar sahələrə keçirilməsinə hesablanan məqsədyönlü tədbirlər görülüb.  

“Nəticə də göz qabağındadır. İqtisadiyyatımız getdikcə daha çox dərəcədə qeyri-neft sektorunun inkişafı hesabına güclənir. 2019-cu ilin arxada qalan dövrünün göstəriciləri bunu bir daha təsdiqləyir. Cari ilin 9 ayında  ölkəmizdə ən yaxşı inkişaf göstəricisi 15 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya rekordu sayıla bilər. Qeyri-neft sektorunun artım dinamikasının neft sektorunun artım dinamikasını üstələməsi öz növbəsində büdcə gəlirlərinin strukturunda neftdənkənar iqtisadiyyatın payının artması ilə nəticələnib. Şübhə etmirəm ki, büdcə gəlirlərində qeyri-neft sektorundan daxilolmaların artması tendensiyası davamlı olacaq və biz sonrakı illərdə neftdənkənar iqtisadiyyat üzrə büdcəyə daha böyük həcmlərdə vəsait daxil olmasını görəcəyik”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv