YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“KOOMET” Regional Metrologiya Təşkilatının Bakıda keçirilən iclasında 12 ölkədən ekspertlər iştirak edir

Bakıda “KOOMET” Regional Metrologiya Təşkilatının keyfiyyət forumu və texniki komitənin növbəti iclası başlayıb. İclasda  12 ölkənin metrologiya üzrə institutlarının ekspertləri iştirak edirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə çıxış edən komitə yanında metrologiya xidmətinin rəisi Oktay Abbasov Azərbaycanda bu sahədə aparılan islahatlardan və həyata keçirİlən layihələrdən bəhs edib.

 Azərbaycanda etalon laboratoriyalarının fəaliyyəti barədə də məlumat verilib. Almaniyanın fiziki-texniki institutunun keyfiyyət üzrə baş meneceri Andreas Odin beynəlxalq standartın tələblərinə uyğun laboratoriyaların və keyfiyyətli idarəetmə  sisteminin  tətbiqinin zəruriliyini vurğulayıb.

 İclasda metrologiya institutlarında keyfiyyətli idarəetmə sisteminin yoxlanılması və digər mövzularda məruzələr dinlənilib.

 Üç gün davam edəcək tədbir çərçivəsində seminarlar keçiriləcək, eləcə də keyfiyyətli idarəetmə sistemi ilə bağlı  təqdimatlar olacaq.  

DİGƏR Xəbərlər Arxiv