YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə 9 Noyabr  Dövlət Bayraq Günü münasibətilə təntənəli tədbir təşkil edilib.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Milli Məclisin deputatı  Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və gənclərin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdən əvvəl iştirakçıların üzlərinə boyalarla üçrəngli bayrağımızın şəkli çəkilib, hər kəsə bayraq paylanıb. Tarixin özü qədər qədim olan bir ölkənin müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız tədbir iştirakçılarının əllərində daha möhtəşəm, daha şərəflə dalğalanıb.

Millət vəkili Naqif Həmzəyev ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibəti hər bir vətəndaş üçün nümunədir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.

Çıxışlarda  Prezident İlham Əliyevin qətiyyətli  siyasəti sayəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına əminlik ifadə olunub.

Qeyd edək ki, bayram tədbirinin bədii hissəsi milli atributumuz olan bayrağın  təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən müsabiqələr, həmçinin musiqili proqramla davam edib.