YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Nərimanov rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərə imza toplayır

Dekabrın 23-də bələdiyyələrə  keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası  yüksək səviyyədə hazırlaşır.

Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Nərimanov rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçki kampaniyasına hazır olduqlarını bildirib: “Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Nərimanov rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 21 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir”.
O qeyd edib ki, Nərimanov rayonu üzrə 3 seçki dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə rayonumuz üzrə16 məntəqədə 20 min 847 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 44 min 541 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 249 seçici qeydiyyatdadır.
T.Tağıyevin sözlərinə görə, artıq namizədlərin qeydə alınması üçün noyabrın 5-dən  imza toplanılması prosesinə başlanıb: “Bu prosesi 19 partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Nərimanov bələdiyyəsinin 19 üzvü var və partiyamız tərəfindən hər bir yer üçün namizəd irəli sürülüb. Hər bir irəli sürülən namizədin qeyd alınması üçün minimum 150 seçici imzası tələb olunur. Biz də noyabrın 5-dən imza toplamağa başlamışıq. Çox xoşdur ki, vətəndaşlar heç bir tərəddüd etmədən, böyük həvəslə YAP-ın namizədləri üçün imza verirlər. Bu da partiyamızın xalq arasında yüksək nüfuzunun bariz göstəricisidir”.
Təşkilat sədri onu da deyib ki, imzatoplama prosesi qısa müddət ərzində başa çatacaq.