YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yasamal rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verb

23 dekabrda keçiriləcək  bələdiyyə seçkilərində  iştirak  edəcək  Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin   imzatoplama kampaniyasına start verildi

 Cari ilin dekabr aynın 23-də Azərbaycanda  sayca beşinci yerli  özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. 

  Mərkəzi Seçki Komissiyasının qərarına  uyğun keçiriləcək  növbəti bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür.  Xalqla  dövlət arasında  körpü olan bələdiyyə seçkilərinin ilk mərhələsi olan imzatoplama kampaniyasına start verildi.
YAP Yasamal rayon  təşkilatından bu ilki seçkilərdə  19  nəfər  partiya üzvü namizədliyini irəli sürüb. Seçkilərdə iştirak etmək üçün ilk mərhələ kimi hər bir namizəd 200 seçici imzası toplamalıdır. YAP Yasamal rayon təşkilatından verilən açıqlamalara görə namizədlər rayonun ərazisində yerləşən  Hüseyn Cavid prospektində, Abbas Mirzə Şərifzadə,  İmrahim Əbilov,  Mikayıl Müşviq,  Bəsti Bağırova, İslam Səfərli adına küçələrdə yaşayan sakinlərlə görüşmüş, bələdiyyələrin ölkə həyatında kı rolundan danışmış,   imzatoplama kampaniyasının əhəmiyyətini diqqətə çatdırmışlar.

 Son illərdə  Azərbaycanın siyasi, iqtisadi sahədə qazandığı uğurlarla qürur duyduqların bildirən sakinlər paytaxtımızda, bölgələrdə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını bildirirlər.
 İmzatoplama kampaniyası davam edir.