YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını yüksək fəallıq şəratində həyata keçirir

Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Hər bir mərhələdə hazırlıq prosesinin lazımi səviyyədə həyata keçirilməsinin son nəticəyə müsbət təsiri inkaredilməzdir. Namizədlərin irəli sürülməsi və imzatoplaması mərhələsini  rayon və şəhər təşkilatlarının birgə səfərbərliyi fonunda həyata keçirən Yeni Azərbaycan Partiyasının bir məqsədi var: Seçkilərdə uğur qazanmaq, uğur tarixinə yeni bir səhifə əlavə etmək. 

YAP Xətai rayon təşkilatı həmişə olduğu kimi, növbəti bələdiyyə seçkilərinə hazırlıq prosesində də fəallığı ilə diqqət çəkir. YAP Xətai rayon təşkilatından bildirilib ki,  özündə 4 seçki dairəsini, 135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda, 16371 üzvü birləşdirən YAP Xətai rayon təşkilatı daim fəal olmuş, yüksək nəticələrlə prosesi başa çatdırmışdır. Bunu qarşıdan gələn bələdiyyə seçkilərinin imzatoplama kampaniyası dövründə göstərilən yüksək fəallıq və hazırlıq prosesi də  təsdiqləyir.

Qeyd olunub ki, seçicilərin rayon üzrə ümumi sayı 160 mindən artıqdır. 19 nəfər Xətai bələdiyyəsinin, 13 nəfər isə kənd Əhmədli bəldiyyəsinin üzvü seçiləcək.  Ümumilikdə  32 yerin hər birinə partiyanın namizədləri irəli sürülüb. Xətai bələdiyyəsi üzrə  hər namizəd 150, Əhmədli bələdiyyəsi üzrə isə  hər namizəd 50 imza toplayacaq.  İmza vərəqələri Seçki Məcəlləsinin və  qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulur.

İmzatoplama kampaniyası uğurla davam edir.