YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Lənkəran rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verib

Dekabr 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatından rayon üzrə mövcud 34 yerli bələdiyyəyə 354 nəfər üzvün namizədliyi irəli sürülüb. 73 saylı Lənkəran şəhər üzrə 48, 74 saylı Lənkəran kənd dairəsi üzrə 131, 75 saylı Lənkəran Masallı dairəsi üzrə 97 və 76 saylı Lənkəran Astara dairələri üzrə 78 namizəd üçün tələb olunan bütün sənədlər müvafiq imza vərəqələri götürülərək imzatoplama kampaniyasına başlanılıb.

Qeyd edək ki, namizədlərin 30 faizə yaxınını gənclər, 40 faizi isə qadınlar təşkil edir.