YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə əlaqədar imzatoplama kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar imzatoplama kampaniyasını uğurla davam etdirir.

Bələdiyyə seçkilərinə xalqa xidmət devizi ilə qatılan Yeni Azərbaycan Partiyası seçki kampaniyasının uğurla başa çatdırılması məqsədilə yeksək səviyyəli hazırlıq prosesini yekunlaşdırmış, seçki kampaniyasının operativliyini təmin etmək məqsədilə hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılmışdır. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda səlahiyyətli nümayəndəsi, eləcə də namizəd irəli sürdüyü hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi təyin edilmişdir.

Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 15500 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüşdür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin sənədləri dairə seçki komissiyalarına təhvil verilmiş, imzaların toplanması və digər zəruri seçki hərəkətlərinin həyata keçirilməsi prosesi davam edir.