YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Qoşulmama Hərəkatının Zirvə Görüşü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğurudur

“Dünyanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycanda, paytaxt Bakıda keçirilməsi tarixi hadisədir”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.
Kamilə Əliyeva bildirib ki, cəmi 8 il öncə, 2011-ci ildə ölkəmiz Qoşulmama Hərəkatına üzv qəbul olunub: “Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanbı. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə isə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.
Deputat vurğulayıb ki, ötən həftə ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə Görüşünə uğurla və layiqincə ev sahibliyi etdi: “Hər zaman olduğu kimi, bu dəfə də ölkəmiz bütün dünyaya qonaqpərvərliyini, sülpərvərliyini, bəşəriyyəti narahat edən bütün məsələlərin müzakirə olunduğu və oluna biləcəyi bir məkan olduğunu dünyaya nümayiş etdirdi. Zirvə Görüşünün ilk günündə, açılışında 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar”.
“Bütövlükdə bu quruma 3 il müddətində sədrliyin Azərbaycanda olması ölkəmizin beynəlxalq aləmdəki, dünyadakı yerinin, rolunun, çəkinin, nüfuzunun daha da artmasına, möhkəmlənməsinə gətirib çıxaracaq” – deyən deputat əlavə edib ki, Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək, ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək və dünya bir daha Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə, inkişafına şahid olacaq. Odur ki, Zirvə Görüşünü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru hesab edirəm.