Xəbərlər
Namibiya Prezidenti: Qoşulmama Hərəkatının Bakı Sammiti çoxtərəfli əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir

Azərbaycanda ilk dəfə 1977-ci ildə olmuşam və bu gün müstəqilliyini bərpa etmiş ölkənizdə belə bir mötəbər tədbirdə iştirak etməkdən çox məmnunam. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşü quruma üzv ölkələr arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.
Bu fikirləri Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən Namibiyanın Prezidenti Haqe Qeinqob səsləndirib.
O qeyd edib ki, hazırda dünyada çoxtərəflilik prinsipindən imtina olunduğu bir vaxtda Qoşulmama Hərəkatına daxil olan bütün üzv dövlətlər səylərini birləşdirərək ümumi məqsəd naminə qərarlar qəbul etməlidirlər.
“Bu tədbirdən əsas gözləntilərim Hərəkatın bütün üzv dövlətləri arasında təşkilatın prinsiplərinə sadiq qalmaqla çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsidir”, - deyə Namibiya Prezidenti vurğulayıb.