YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilətəminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilətəminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8,0 (səkkiz) milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10,0 (on) milyon manat ayrıldı.