YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, Laçın rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

Partiyanın fəal gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatın binasında keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon təşkilatının sədri İlqar İlyasov Dövlət müstəqilliyinin 28 –ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir.

Sonra rayon rəsmisi çıxışına davam edərək,müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdən danışaraq, hələ Sovet dönəmində Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu qətiyyətlə vurğulamış, müstəqillik illərində isə Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə dəstəklənməsinə nail olunmasından bəhs etmişdir. 2003-cü ildən isə bu siyasət Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan hərbi birləşmələrinə qısa müddət ərzində sarsıdıcı zərbələr endirilərək, bir sıra strateji yüksəkliklər azad edilmişdir. Natiq eyni zamanda çıxışında Ölkə Prezidentinin bu istiqamətdə siyasətinin davamı olaraq oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışından söz açaraq, Ölkə Prezidentinin qətiyyətli çıxışının tarixi əhəmiyyət daşıdığını bildirmiş, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Ermənistan Respublikasının Baş Nazirinin Qarabağla bağlı sərsəm bəyanatlarını alt-üst etmiş, Aşqabad görüşündə isə Ermənistandakı faşizm rejimini beynəlxalq aləmdə ifşa etmişdir. Dünya ictimaiyyətinin diqqətinin Qarabağ probleminin həllinə yönəldilməsi istiqamətindəki Ölkə Prezidenti İlham Əliyevin tarixi çıxışları respublika ictimaiyyəti kimi, laçınlı köçkünlər tərəfindən də rəğbətlə qarşılanaraq, onlarda böyük ruh yüksəkliyi yaratdığını bildirdi. Çıxışda həmçinin bildirilmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin, xüsusilə gənclərdə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi istiqamətində maarifləndirmənin həyata keçirilməsidir.
Mövzu ətrafında çıxış edən rayon gəncləri də dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüz uğrunda ölkə başçısının qətiyyətli addımlarını dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini bildirdilər.
Tədbir Yeni Azərbaycan Partiyasının Laçın Rayon təşkilatının inzibati binasının qarşısında kollektiv xatirə şəkli çəkilməklə yekunlaşmışdır.

DİGƏR Xəbərlər Arxiv