YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 11-12 oktyabr  2019-cu il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçirilən CDI-IDC (Beynəlxalq Mərkəz Demokratlar Birliyi) Gənclər Platformasının təsis konfransında iştirak etmişdir.

Konfrans  çərçivəsində CDI-IDC (Beynəlxalq Mərkəz Demokratlar Birliyi) Gənclər Platformasının təsis edilməsi ilə bağlı görüşdə iştirak edən və həmin təşkilatın təsisçiləri arasında yer alan Yeni Azərbaycan Partiyasının nümayəndəsi ümumi deklarasiyaya imza atmışdır. Bununla da, Yeni Azərbaycan Partiyası CDI-IDC (Beynəlxalq Mərkəz Demokratlar Birliyi) Gənclər Platformasının təsisçilərindən hesab olunur.

Qeyd edək ki, CDI-IDC-ın (Beynəlxalq Mərkəz Demokratlar Birliyi) 73 ölkədən 94 siyasi partiya üzvü var. Hazırda həmin təşkilata Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana rəhbərlik edir.

DİGƏR Partiya xəbərləri Arxiv