YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib”. Bu fikri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Füzuli rayonunun Horadiz şəhərində ərazi ilk partiya təşkilatlarının sədrlərinin müşavirəsi zamanı deyib.

Dövlət başçısının siyasətində əhalinin rihaf halının yüksəldilməsinin mühüm yer tutduğunu deyən Baş nazirin müavini qeyd edib ki, əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi də daim xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən qayğı böyük əhəmiyyət kəsb edir. “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması əlaqədar həyata keçirilən sosial paketdə çox ciddi məqamlar özünün əksini tapıb. Bu insanların  həyatının, yaşayış səviyyəsinin  yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlər görülür, onların müavinətləri ardıcıl olaraq artırılır. Bütövlükdə, məcburi köçkünlərin həyat səviyyəsinin  yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən  siyasətin əsas cəhətlərindən biridir. məlumdur ki, bu günə  qədər 300 minə qədər məcburi köçkün mənzillə təmin olunub, 110-a yaxın şəhərcik tikilib istifadəyə verilib. Bütün bunlar  Prezident İlham Əliyevin həyata keçirdiyi sosial  siyasətin  bariz ifadəsidir”-deyə Əli Əhmədov vurğulayıb. 

YAP Sədrinin müavini söyləyib ki, məcburi köçkünlərin maddi sıxıntılarının aradan qaldırılması üçün daim zəruri addmlar atılır. Amma onların mənəvi sıxıntısı var. Bu da həmin insanların doğma torpaqlarının erməni işğalı altında olmasıdır. “Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirməsi həm ermənilərə və onlara havadarlıq edənlərə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqı səfərbər olunub öz torpaqları işğaldan azad etməyə qadirdir. Prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesi davam edirsə, problemin sülh yolu ilə həlli imkanları tükənməyibsə bu imkandan sona qədər yaralanmaq lazımdır. Əgər sülh danışıqları nəticə verməyəcəksə, biz ordumuzun gücü ilə ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan vətəndaşları  Prezidentimizin bu mövqeyini dəstəkləyir”-deyə, Əli Əhmədov bildirib.

DİGƏR Xəbərlər Arxiv