YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Bələdiyyələrin fəaliiyəti üçün təkmil hüquqi baza yaradılıb

“Bu gün nümunəvi fəaliyyət göstərən bələdiyyələrimiz var. Amma elə bələdiyyələr də var ki, onlar öz işlərini günün tələbləri səviyyəsində qurmalıdır”. Bu fikirləri

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, bələdiyyələr üçün təkmil  hüquqi baza yaradılıb. Onun sözlərinə görə, bu sahədə kifayət qədər qanun qəbul olunub.

“Vaxtaşırı olaraq zərurət yarandıqca qanunvericilik təkmilləşdirilir. Bələdiyyələrin fəaliyyətlərini tam qura bilməsi üçün onların maliyyə imkanları olmalıdır. Dövlət büdcəsindən onlara dotasiya və subvensiya da ayrılır. Ancaq baxaq görək bələdiyyələr tərəfindən vergilər tam yığılırmı? Xeyr! Çünki bələdiyyələr öz torpaq ərazilərinin sərhədlərini tam müəyyən edə bilmirlər. Bələdiyyənin yaxşı işləyə bilməsi üçün onlarla insanlar arasında bağlantı olmalıdır, bu məsuliyyəti hər birimiz hiss etməliyik. Ölkəmizdə bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək. İlk növbədə o bələdiyyələrə dotasiya veriləcək ki, onların imkanları məhduddur. Hazırda bununla bağlı müvafiq işlər aparılır”-deyə, komitə sədri vurğulayıb.