Xəbərlər
Cavid Qurbanov: Doqquz ayda dəmir yolu ilə 700 min tonluq Rusiya yükləri daşınıb

Cari ilin 9 ayında dəmir yolu ilə 700 min tonluq Rusiya yükləri daşınıb.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.
C.Qurbanov əlavə edib ki, dəmir yolu ilə Türkmənistan yüklərinin də daşınmasında artım var. Həmçinin Lapis-Lazuli dəhlizi ilə də dəmir yolu daşımalarında artım müşahidə olunur.