YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Azərbaycan bütün sahələrdə dinamik inkişafını davam etdirir

“Azərbaycan bütün sahələrdə dinamik inkişafını davam etdirir”. Bu fikri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, beynəlxalq təşkilatlar ölkə əhalisinin rifahının ildən-ilə yaxşılaşması istiqamətində aparılan sosial islahatları yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan bir çox sosial-iqtisadi göstəricilər üzrə beynəlxalq hesabatlarda ilk sıralarda qərarlaşıb.

“Müstəqil Azərbaycan regionda aparıcı ölkə kimi beynəlxalq nəqliyyat və enerji layihələrini reallaşdıraraq iqtisadi gücə çevrilib. Qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Bu uğurlar bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və onlar ölkədə sabitliyi pozmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu cür qüvvələrə qarşı mübarizədə fəal olmalıdır”-deyə, Ş.Hacıyev vurğulayıb.