YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Qaxariya: Azərbaycan və Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır

Gürcüstanın Baş Naziri kimi Azərbaycana ilk səfərim heç də təsadüfi deyildi. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər ikitərəfli və regional əməkdaşlıq çərçivəsindən çıxaraq çox vacib əhəmiyyətli beynəlxalq əməkdaşlıq statusu alıb.

Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin bugünkü iclasında Azərbaycana səfərini şərh edərkən söyləyib.

Hökumət başçısı deyib ki, bu əməkdaşlıq məhsuldardır və ölkələrimizin maraqlarına xidmət edir. Bu gün regionda baş verən hadisələr ölkələrimizin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün bizi daha səmərəli əməkdaşlığa sövq edir.

Giorgi Qaxariya vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq beynəlxalq əhəmiyyətə malikdir.