Xəbərlər
Niyazi Səfərov: Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi artıb

Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.
Bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi keçən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.