YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı da bir Azərbaycan modeli var

İqtisadi tərəqqinin, tolerantlığın Azərbaycan modeli olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı ilə də bağlı bir Azərbaycan modeli var. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə yaymaqda bu modelin üstün cəhətlərindən istifadə etməliyik. Bu həm də QHT əməkdaşlığının yeni aspektlərinin müəyyənləşməsi ilə nəticələnə bilər.
Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova noyabrın 19-da “Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
Bahar Muradova deyib: “Bilirik ki, bu gün separatizm meyilləri, ərazi iddiaları və digər problemlər artıq bütün dünyanı əhatə edir. Beynəlxalq hüququn prinsiplərinə bu hüququn yaradılmasında bilavasitə iştirak etmiş dövlətlərin özləri saymazyana münasibət göstərirlər. Qarşıdakı illərdə nələrin baş verəcəyini proqnozlaşdırmaq olmur. Mən Azərbaycana qarşı ləkələmə kompaniyası, ölkəmizin uğurlarına qısqanclıqla yanaşma, hərbi qüdrətinin artmasından ciddi narahatlıq keçirmə hallarının törətdiyi fəsadları qeyd etmək istəyirəm. Bu hallar çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha aydın göstərir. Biz beynəlxalq təşkilatlara öz mövqeyimizin düzgünlüyünü isbat etmək çox əmək sərf etməli oluruq. Bəzi hallarda isə onlar üzlərini haqlı kimi qələmə verməyə çalışırlar. Artıq biz beynəlxalq aləmə çıxmaq işində böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dövləti QHT-lərin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edir, eyni zamanda, beynəlxalq təşkilatların da ölkəmizdə fəaliyyətinə qanunla lazımi şərait yaradılıb. Düzdür, bəzi hallarda onların bu fəaliyyəti Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Biz beynəlxalq maliyyə qaynaqlarının Azərbaycanda öz maraqlarını reallaşdırmasının şahidi oluruq”.
Bahar Muradova Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin daha yüksək səviyyədə təşkilinin önəmini qeyd edib. Milli Məclis sədrinin müavini deyib: “Bizim beynəlxalq layihələrə çıxışımız üçün daha böyük maliyyə vəsaitinə ehtiyacımız var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası beynəlxalq miqyasda bir sıra tədbirlər keçirib. Bu tədbirlər Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş layihələrdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Azərbaycanın üzləşdiyi problemlərin dünyada daha geniş yayılması üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğun olardı”.

 

DİGƏR Xəbərlər Arxiv