YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçiriləcək

Noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası keçiriləcək.
Baş Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcək.
Tədbirdə AOK-un prezidenti Patrik Hikki, baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, “İdmanda gender bərabərliyi” və “Atletika” komissiyalarının sədrləri hesabat məruzələri ilə çıxış edəcəklər.
Baş Assambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun “Bakı-2015” barədə məlumatı və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxençxan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Assambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar təqdim olunacaq.
Baş Assambleyada BOK-un keçmiş prezidenti Jak Roqq, həmçinin Andrzej Krasnicki, Vitali Simirnov, Marius Vizer, Arat Hasan, Aleksandr Kozlovskiy və başqa tanınmış idman xadimləri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa Regional ofisinin direktoru, dünya və Avropa idman federasiyalarının rəhbərləri də iştirak edəcəklər.
Baş Assambleya iştirakçılar və müşayiətçi qonaqlar üçün xüsusi proqram hazırlayıb. Bu proqrama əsasən Assambleya iştirakçıları “Bakı-2015”in yarışlarının keçiriləcəyi idman obyektlərinə baş çəkəcək və şəhərin görməli yerləri ilə tanış olacaqlar.
Baş Assambleyadan bir gün əvvəl - noyabrın 20-də “Fairmont Baku Flame Towers” otelində AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası başa çatdıqdan sonra noyabrın 22-də “Fairmont Baku Flame Towers” otelində mətbuat konfransı olacaq.