YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belqradda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan konfrans keçirilib

Oktyabrın 7-də Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan “Qoşulmama Hərəkatı - 1989-2019-cu illər Belqraddan Bakıya qədər: qeyri-müəyyən dövrlərdə 30 illik transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın məqsədi 2011-ci ildən ölkəmizin də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərini, ideallarını və məqsədlərini, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın 30 il ərzində qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə verdiyi töhfəsini Serbiyada təqdim etmək olub.

Çıxışçılar konfransda Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə fikirlər səsləndiriblər. İştirakçılara 2019-2022-ci illərdə ölkəmizin sözügedən beynəlxalq təşkilata sədrlik edəcəyi və bu ay Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi barədə məlumat verilib.