YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: ATƏT regionunda olan münaqişələrin həlli üçün daha qətiyyətli mövqe ortaya qoymalıyıq

ATƏT Parlament Assambleyasının “Avropa-Aralıq dənizi regionunda təhlükəsizliyin təmin olunmasında ATƏT və onun partnyorlarının rolu” mövzusuna həsr olunan payız sessiyasında  Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili qurumun Daimi Komitənin iclasında çıxış edib.

Tahir Mirkişili çıxışında regional, beynəlxalq təhlükəsizlik və sabitlik mövzusunun çox önəmli məsələ olduğunu bildirib. Qeyd edib ki, bu mövzu həm də humanitar cəhətdən prioritetdir. Belə ki, təkcə Aralıq dənizi regionunda ilin əvvəlindən bu günə minlərlə insan həyatını itirib.

O deyib: “Münaqişələrdən danışarkən, əvvəlcə biz ATƏT regionunda olan münaqişələrin həlli üçün daha qətiyyətli mövqe ortaya qoymalıyıq. ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olur. Bildiyiniz kimi, Ermənistan uzun illərdir Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur. Ermənistanın aqressiv siyasətini davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat da daxil olmaqla, - baxmayaraq ki, bu bəyanat daxili auditoriyaya yönəlmişdi, - regionda situasiyanın gərginləşməsinə səbəb olub. Bir neçə həftə öncə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistanın bir hissəsi elan edib. Bir neçə gün öncə isə Ermənistan əsgərlərinin açdığı atəş nəticəsində Azərbaycan-Ermənistan sərhədində daha bir mülki şəxs öldürülüb. Rusiya Xarici İşlər Nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarını bildiriblər. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi, sülh yolu ilə həllinə xidmət etmir. Əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə ziddiyyət təşkil etməklə, danışıqlar prosesinin pozulmasına yönəlib. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasını susmamağa, sahib olduğu imkanlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq”.

Tahir Mirkişili, həmçinin qeyd edib ki, müasir dünyada insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdırlar. “Hazırda erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar var. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsip ilə dəyişdirilməsini təklif etmişdi. Amma bu günə qədər erməni tərəfindən müsbət cavab verilməyib. Mən Ermənistan nümayəndə heyətinin də burada iştirakından istifadə edərək, onları öz hökumətləri ilə birlikdə bu humanitar aktı reallaşdırmağa və insanları evlərinə qaytarmağa səsləyirəm”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv