YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Pakistanın Silahlı qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivləri müzakirə edilib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Səfər noyabrın 19-da başa çatacaq.

 

DİGƏR Xəbərlər Arxiv