YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Əli Əhmədov «Yevlax rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə yaradılan şəraitlə tanış olmuşdur

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yevlax şəhərinə səfəri çərçivəsində “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə yaradılan şəraitlə tanış olmuşdur.

Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov, "Yevlax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktor müavini - Baş həkim Nurəddin Əhmədov iştirak ediblər.

«Mərkəzi rayon Xəstəxanası» publik hüquqi şəxsin direktoru Azər İsmayılov qonaqlara Azərbaycanda yaradılan pilot layihə çərçivəsində görülən işlər barəsində məlumat vermiş, Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğıdan söz açmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini Yeni Azərbaycan Partiyası Sədrinin müavini- İcra katibi Əli Əhmədov və qonaqlar Xəstəxananın polikilinika şöbəsi, lobaratoriya və digər şöbələri ilə tanış olmuşlar. Əli Əhmədov həkim  peşəsinin müqəddəsliyindən, səhiyyənin inkişafı sahəsində görülən işlərdən, İcbari Tibbi Sığortanın uğurlarından və bu pilot layihənin əhalinin hər bir təbəqəsi üçün əlçatan olduğunu vurğulamışdır. Xəstəxanada olan rayon sakinləri İcbari Tibbi Sığortanın əhəmiyyətindən məmnunluq bildirərək qeyd etmişlər ki, məhz yeni sistemin tətbiqi insanlara tibbin imkanlarından istifadə üçün geniş imkanlar yaradıb və yaradılan bu şərait üçün Prezident İlham Əliyev cənablarına xüsusi minnətdarlıq bildirmişlər.