YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

Oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə, Elman Məmmədov, Musa Quliyev iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini anıblar.

Müşavirədə Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri çıxış ediblər.

Tədbirdə YAP-ın hər üç şəhər və rayonun ərazi ilk partiya təşkilatlarında görülmüş işlər təhlil olunub, siyasi həmfikirlərlə müzakirə aparılıb.

Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.