YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Pirallahı rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirib

Bu gün  Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirib.

Pirallahı rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışıb.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ahıl insanlara qayğısından danışıb. "Ahıllara hörmət və qayğı hər bir bəşər övladının daxilindən gələn əxlaqi dəyərdir. İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını düşünmək isə səhv yanaşmadır. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunublar. Qocaların ən böyük sərvəti isə onların həyat təcrübəsidir”.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov gənclərin ahılların həyat təcrübəsindən yararlandırlarını vurğulayıb.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək yaşlı insanlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Rəsmi hissənin sonunda bir qrup ahıl insan Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.

Tədbir Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin " Köhnə Bakı" ansamblının solostlərinin ifasında mahnı və rəqs nömrələri ilə davam edib.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv