YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatı ahıl vətəndaşlara bayram təbrikini çatdırdı

Hər il oktyabrın 1-i dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixdə respublikanın şəhər və rayonlarında   yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edilir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, biri-birindən əhəmiyyətli sosial layihələri ilə diqqət çəkən Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları  da bu mühüm tədbirlərdə xüsusi  fəallıq nümayiş etdirirlər.

YAP Xətai rayon təşkilatının ərzaq bağlamaları ilə 10 ahıl vətəndaşın   görüşünə getməsi də bu qəbildəndir. Ahıllardan Nənəş Babaşova, Nazilə İsmayılova, Fatma Vəliyeva, Zəhra Məmmədova, Rəfiqə Ağayeva, Elmira Seyidova və başqaları onlara göstərilən bu diqqət və qayğıdan məmnunluqlarını ifadə etdilər.