YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib

“Kənd təsərrüfatı elə bir sahədir ki, peşəsindən, tutduğu vəzifəsindən, milliyyətindən asılı olmayaraq, bütün insanların, ailələrin həyatına birbaşa təsir edir. Hazırda ərzaq təhlükəsizliyinin etibarlı təminatı məsələsi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox vacib, strateji bir məsələyə çevrilib. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, dünyada əhali artımı böyük sürətlə gedir. Bu baxımdan, ərzaq təhlükəsizliyinə çox ciddi töhfə verən sahələrdən biri də məhz arıçılıqdır”. Bu fikirləri  Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbov bildirib ki, arıçılıq dünyada yeganə sahədir ki, onun inkişafı digər sahələrin inkişafına heç bir mənfi təsir göstərmir, təbii ehtiyatları azaltmır. Əksinə, digər sahələrdə məhsuldarlığın artırılmasına, tozlanmanı daha da sürətləndirməklə istər bağçılığın, istərsə də kənd təsərrüfatının digər sahələrinin inkişafına çox yaxşı təsir göstərir. Ona görə də, təbii iqlim şəraiti imkan verən dünya ölkələrində arıçılığın inkişafı xüsusi diqqətdə saxlanılır və bu sahə dövlət dəstəyi ilə əhatə olunur.

“Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin verilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir. İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur. Arıçılığın rentabelliliyi, əldə edilən gəlirin yüksək olması əhalinin bu sahəyə marağının artmasına səbəb olub”-deyə, nazir müavini vurğulayıb.