YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransda çıxış edərək ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov “Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”, Akademiyanın kafedra rəisi, professor Cəlal Qasımov “Sovet təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər” mövzusunda çıxış edib.
Konfransda bildirilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq, soyqırımı, terrorçuluq və silahlı separatçılıq siyasətinə, eləcə də tarixi ərazilərimiz, maddi mənəvi abidələrimizlə bağlı iddialarına qarşı mübarizənin daha da gücləndirilməsi, birbaşa hücum taktikasına üstünlük verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tövsiyələri rəhbər tutularaq bu istiqamətdə görülən işlərin daha məqsədyönlü və planlı şəkildə təşkili önəm kəsb edir. Bunları nəzərə alaraq aidiyyatı dövlət qurumları, eləcə də Türkiyə-Azərbaycan diaspor təşkilatları arasındakı əlaqələr, habelə ölkələrimizin beynəlxalq miqyasda mövcud siyasi-iqtisadi və elmi dairələrlə münasibətləri daha da inkişaf etdirilməlidir.
Konfransın sonunda Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzi və İctimai Televiziyanın birgə hazırladıqları “Dünya həqiqəti bilməlidir” sənədli filmi nümayiş etdiriləcək.