YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Gənclərimiz Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyurlar

«Yeni Azərbaycan Partiyası ötən 22 il ərzində şərəfli bir yol keçib. Gənclərimiz bu partiyanın üzvü olmaqdan qürur duyurlar». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, partiyada gənclərimizin sayı 250 min nəfərə qədərdir. Onun sözlərinə görə, bu, böyük potensiala malik olan gənclər ordusudur.

«Bu gün YAP ölkəmizin ən güclü və mütəşəkkil siyasi təşkilatıdır. Məhz bunun nəticəsidir ki, ölkəmizin bütün guşələrində partiyamızın yaranmasının 22-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Bu əlamətdar hadisə ilə bağlı YAP Gənclər Birliyi olaraq bizim də tədbirlər planımız var. Artıq bir neçə gündür ki, bu münasibətlə tədbirlər keçiririk. Tədbirlərin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın ağır bir durumunda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiyanın xalqımız və dövlətimiz qarşısındakı xidmətləri gənclərimizin diqqətinə çatıdırılır. Bununla da, gənclər partiyamızın, müstəqil ölkəmizin tarixi haqda o dövrün canlı şahidlərinin fikirlərini dinləyir, müfəssəl məlumatlara malik olurlar»-deyə, S.Orucov vurğulayıb.