YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir

Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətik.

Bu sözləri Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında vurğulayıb.

Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasının Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirib. “Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq münasibətlərini iqtisadi-ticari sahədə daha da genişləndirmək niyyətindəyik”,- deyə Vitse-prezident diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fuat Oktay Türkiyənin bu problemin qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini hər zaman dəstəklədiyini vurğulayıb.