YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir

Sentyabrın 13-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir. İclasda  Yeni Azərbaycan Partiyasının  2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə  hazırlıq işləri müzakirə edilmiş, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilmişdir.

Qeyd olunmuşdur ki, bu ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilmişdir. Partiyamızın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilmişdir.

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilmiş, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılmişdir.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.