YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti ÇKP MK-nın Ali Partiya Məktabində olub

Sentyabrın 12-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və Məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi ilə görüşüb.

Görüşdə Ali Partiya Məktəbinin strukturu, təhsilin məzmunu və prinsipləri haqqında məlumat verilib.
YAP nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Hadi Rəcəbli dövlət idarəçiliyi sahəsində peşəkar kadrların hazırlanmasına dair Azərbaycanın təcrübəsindən bəhs edib, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti haqqında məlumat verib.
Sonda YAP adından müxtəlif hədiyyələr Çin Ali Partiya Məktəbinə təqdim olunub.