YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsində mühüm rol oynayıb

Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Tarixi zərurətdən yaranan partiya müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın yaranması və inkişafında mühüm rol oynayıb.
Bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətilə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə noyabrın 15-də partiyanın Nizami rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə partiyanın keçdiyi şərəfli inkişaf yolundan, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticələrindən bəhs edən film nümayiş olunub.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev çıxış etdilər. 

DİGƏR Partiya xəbərləri Arxiv