YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Qanvermə aksiyası dövlətimizin, partiyamızın humanist xarakterindən, xalqımızın həmrəyliyindən irəli gəlir

“Yeni Azərbaycan Partiyası ənənəvi olaraq  hər il qanvermə aksiyası keçirir. Bu aksiya böyük məna daşıyır”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanvermə aksiyası humanizm aksiyasıdır, cəmiyyətin üzvlərinin qana ehtiyacı olan insanlara köməyidir. Onun sözlərinə görə, bu cür xeyirxah tədbirlərlə insanlarımız  birlik, həmrəylik nümayiş etdirir.

“Yeni Azərbaycan Partiyasının bu təşəbüüsü respublikamızın hər yerində, bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır. Bunun nəticəsidir ki, aksiyada müxtəlif təşkilatların nümayəndələri də könüllü olaraq iştirak edirlər. Bilirsiniz ki, talassemiya, hemofiliya, müxtəlif cərrahi əməliyyatlar keçirən insanların qana ehtiyacı var. Bu aksiya vasitəsilə həmin insanlara təmənnasız olaraq yardım göstrəmiş oluruq. Bu da dövlətimizin, partiyamızın humanist xarakterindən, xalqımızın həmrəyliyindən irəli gəlir. Çox sevindiricidir ki, bu prosesdə gənclərimiz çox fəaldır. Bu da nümunəvi haldır. Bir sözlə, nəcib əməllərin insanlar arasında paylaşılması çox yaxşı haldır. Bununla da biz xoş ənənələrimizi yaşadırıq”-deyə, M.Quliyev vurğulayıb.