YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın İqtisadi məsələlər komissiyası «Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları: nəticələr və perspektivlər» mövzusunda konfrans keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyası «Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları: nəticələr və perspektivlər» mövzusunda konfrans keçirib. Konfransda komissiyanın üzvləri ilə yanaşı, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, partiya fəalları iştirak edib.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki,  regionların inkişafı məsələsi hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Onun sözlərinə görə, bu sahədə ən böyük addımlar bu məsələ üzrə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Regionların inkişafı ilə əlaqədar artıq üçüncü dövlət proqrapmının icra olunduğunu diqqətə çatdıran komissiya sədri qeyd edib ki, 2014-2018-ci illəri əhatə edən bu proqramın icrası nəticəsində bölgələrdə kənd təsərrüfatının inkişafı ilə yanaşı xeyli sayda sənaye, emal müəssisələri  yaradılacaq. Eyni zamanda, kənd yolları yenidən qurulur, qazlaşdırma prosesi uğurla həyata keçirilir.

Konfransda, həmçinin, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, parlamentin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli və başqaları çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionlarının sosial-iqtisadi cəhətdən dinamik inkişaf etdiyini vurğulayıblar.