YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Həmçinin üç nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 21 nəfər “Vətən uğrunda” medalı, 6 nəfər “İgidliyə görə”, 7 nəfər “Tərəqqi” medalı ilə, 39 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə iki nəfərə “general-leytenant”, 1 nəfərə “general-mayor”, iki nəfərə “kontr-admiral” ali hərbi rütbələri verilib.

Azərbaycan Prezidentinin başqa bir Sərəncamına əsasən, Azərbaycan Respublikası sərhəd-mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə bir nəfər “Əməkdar müəllim”, iki nəfər “Əməkdar həkim”, iki nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, iki nəfər “Əməkdar mühəndis” fəxri adları ilə təltif ediliblər.