YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Ölkəmiz istənilən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadirdir

“Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu amil ölkəmizdə mötəbər idman tədbirlərin keçirilməsini şərtləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir, eləcə də, ölkəmizdə sabitlik, əminamanlıq hökm sürür: “Bütün bunlar ölkəmizin imicini daha yüksəldir və beynəlxalq tədbirlərin məkanı kimi Azərbaycanın seçilməsində vacib rol oynayır. Azərbaycan müasir ölkədir, bütün şəhər və bölgələrimiz inkişaf edir, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsinə gətirib çıxarıb”.

Millət vəkili  qeyd edib ki, Bakıda  XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunması  bir daha göstərdi ki, ölkəmiz istənilən mötəbər yarışları keçirməyə qadirdir: “Bu tipli böyük yarışların təşkilində ölkəmizin kifayət qədər təcrübəsi var. Ona görə də,  Azərbaycan hər zaman istənilən mötəbər tədbirlərə ev sahibliyi etməyə hazırdır. Hesab edirəm ki, Bakıda keçirilən Yay Olimpiya Festivalı  Avropa gənclərində unudulmaz, xoş təəssüratlarla yadda qalacaq”.