YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.


 

DİGƏR Xəbərlər Arxiv