YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi iki qardaş dövlət arasında münasibətlərin daha da güclənməsinə töhfələr verəcək

“Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi iki qardaş və dost dövlət arasında münasibətlərin daha da güclənməsinə töhfələr verəcək”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, hazırda hər  iki ölkəni bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, dövlətlərimiz  bütün məsələlərdə  vahid mövqedən çıxış edir, bir-birilərinə qeyd-şərtsiz dəstək verirlər.

“Bütün beynəlxalq tribunalarda bu iki dövlət və onun liderləri-cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan eyni mövqeni sərgiləyirlər. Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Münasibətlərimizi heç bir qüvvə poza bilməz. Hesab edirəm ki, əlaqlərimiz bundan sonra daha da güclənəcək”-deyə, T.Rzayev vurğulayıb.