YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb

İyulun 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini–İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Əli Əhmədov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. İki ölkənin xalqları  arasında əlaqələrin tarixi köklərə malik olduğunu deyən Baş nazirin müavini qeyd edib ki, ötən dövr ərzində xalqlarımız böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Münasibətlərimizin xoşniyyətli olduğunu söyləyən Əli Əhmədov əlaqələrin gələcək inkişafı üçün möhkəm bazanın mövcud olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin Çin Kommunist Partiyasının nümayəndə heyətini qəbul etdiyini xatırladan Əli Əhmədov dövlətimizin başçısının Çin ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.

YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir və mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına xidmət göstərir. Partiyalar arasında münasibətlər öz növbəsində dövlətlərin əlaqələrinin daha da gücləndirilməsinə müsbət təsir edir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Tao isə Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qonaqpərvərliyini, insanların xoş münasibətini yüksək dəyərləndirib. O bildirib ki, Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında münasibətlərin mövcud durumu və əlaqələrimizin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Song Tao qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib.
Song Tao bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin liderləri qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün uğurlu siyasət həyata keçirirlər.  O,  Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Əkram Zeynallı görüşdə iştirak etmişdir.

 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv