YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir

“Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, yay məktəbi layihəsi gənclərə olan diqqət və qayğının nümunəsidir.  Onun sözlərinə görə, bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.

“Layihənin məqsədlərindən biri də gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. Yay məktəbləri gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır. Mən Oğuzda yay məktəbinin iştirakçıları ilə görüşdüm və gənclərlə görüş mən çox xoş təssüratlar yaratdı. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyasında sağlam, yüksək intellektli gənclər ordusu birləşib. Oğuzda yay məktəbi çərçivəsində gənclərin müxtəlif məsələlərlə bağlı apardıqları müzakirələr, onların düşüncələri, gələcəyə baxışları, bütövlükdə bilik və bacarıqları, dövlətçiliyə, dövlətimizin başçısına sadiqliyi bunu deməyə əsas verir”-deyə, S.Əliyeva vurğulayıb.