YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Yay məktəbi”nin 2-ci Oğuz turu gənclər üçün yaddaqalan olub

Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı ən uğurlu layihələrindən olan “Gənc liderlər üçün yay məktəbləri” Oğuz rayonunda davam edir. Bu layihənin reallaşdırılmasında əsas məqsəd gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Oğuzda davam edən layihə çərçivəsində gənclər üçün müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilib.
Yay məktəbinin ikinci Oğuz turunun 4-cü günündə gənclər rayon mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Rayon ərazisində yerləşən muzeylə tanış olublar.
Milli Məclisin deputatı Sona Əliyeva Ümummilli Liderin abidəsini ziyarət edərkən gənclərə Ulu Öndər Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır: “Gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqamətini təşkil edib.
Sonra gənclər arasında "Leadership" təlimi keçirilib. Təlimin moderator YAP Səbail rayon təşkilatı GB-nin sədri Riyad Rüstəmli olub.
Müzakirə formatında davam edən seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Günün sonunda gənclər arasında idmanın müxtəlif növləri - futbol, üzgüçülük, stolüstü tennis üzrə yarışlar keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
“Yay məktəbi”nin 5-ci günündə isə gənclər üçün YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri İman Ağayevin moderatorluğu ilə “Sağlam həyat tərzi” mövzusunda təlim keçirilib. Təlimdə bildirilib ki, bugünki gündə gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bu baxımdan biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir gəncin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir. Vurğulanıb ki, gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir.
Sonra gənclərin regionun şəhər və rayonlarına səfərləri təşkil olunub. “Yay məktəbi”nin iştirakçıları regionun tarixi abidələri, muzeyləri və rayonların görməli yerləri ilə tanış olublar.
Axşam saatlarında gənclər arasında istedad gecəsi də təşkil olunub.
Bununla da YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc Liderlər" gənc siyasətçilər üçün “Yay məktəbi”nin 2-ci Oğuz turu başa çatıb.