YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc liderlər üçün yay məktəbləri”nin ikinci Oğuz turu uğurla davam edir.

Oğuz turunun ikinci günü "Sosial şəbəkələrdən istifadə" mövzusunda diskussiya təşkil olunub. Milli Məclisin deputatları  Dilarə Cəbrayılova və Sona Əliyeva sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrildiyini bildiriblər. Millət vəkilləri bu mövzuda gəncləri maraqlandıran sualları cavablandırıblar.

Daha sonra gənclər arasında müxtəlif növdə idman yarışları keçirilib. Gənclər öz sərbəst vaxtlarından da səmərəli istifadə edirlər. Günün sonunda gənclərlə interaktiv, intellektual oyunlar keçirilib.

Növbəti gün isə yay məktəbinin iştirakçıları üçün Ümummili Lider  Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə  seminar-diskussiya keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışılıb.

 

Sonra gənclərdən ibarət FLAŞMOB keçirilib. Daha sonra gənclər arasında müxtəlif növdə idman yarışları təşkil olunub.

Günün sonunda gənclər arasında interaktiv, intellektual oyunlar keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv