YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatı “Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda tədbir keçirib

YAP Laçın rayon təşkilatı “Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda tədbir keçirib.

Tədbir, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tərəfindən açıq elan edilərək Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə giriş sözü ilə çıxış edən rayon rəsmisi ümummilli lider Heydər Əliyevin 50 il bundan əvvəl 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkəmizdə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını, respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrildiyini, Ulu öndərin dağ rayonlarının inkişafına göstərdiyi diqqət sayəsində Laçın rayonunda inkişafında yüksək nailiyyətlərə nail olduğunu minnətdarlıqla bildirdi. YAP Laçın rayon təşkilatının sədri çıxışında ümummilli liderin 1993-cü ildə Azərbaycanda  ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun son 15 ildən artıq bir dövrdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə çıxış edən digər rayon ziyalıları bildirdilər ki, ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb. Həmçinin, çıxışlarda o da vurğulandı ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən yüksək uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdırılmaqla, Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığı bildirilmişdir.

DİGƏR Partiya xəbərləri Arxiv