YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İyulun 12-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniya parlamentində olublar.

Parlamentdə keçirilən görüşdə Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans, Britaniyada nüfuzlu siyasi analitik Leonel Zetter, Azərbaycan–Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri Cavanşir Feyziyev iştirak ediblər.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Britaniyadakı ictimai-siyasi vəziyyət, Brexit və Brexit-dən sonra Azərbaycanla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.