YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Azərbaycanın müasir tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə birbaşa bağlıdır

“Azərbaycanın müasir tarixi Ümummilli Liderimiz Heydər Əliyevin şəxsiyyəti, Onun böyük quruculuq fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyev yeni, müasir  Azərbaycanın qurucusudur”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, 1969-ci il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf yoluna qədəm qoydu. Onun sözlərinə görə, o dövrdə Azərbaycanda həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

“Ulu Öndər  Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başladı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, Onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxardı və bütün ömrünü doğma xalqına həsr etdi. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək Ulu Öndərin əsas məqsədi idi və respublikamızın  müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı”-deyən, millət vəkili söyləyib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl respublikalardan birinə çevrildi.

“Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. 1993-cü ildə hakimiyyətə yenidən qayıdan Ulu Öndər müstəqil Azərbaycanı qurdu. Bu gün müstəqil dövlətimiz məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir. Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasətini bu gün uğurla inkişaf etdirərək Azərbaycanın davamlı yüksəlişini təmin edir və ölkəmizi dünyanın  söz sahibi olan dövlətlərindən birinə çevirib”-deyə, deputat qeyd edib.