YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda Yeni Azərbaycan Partiyasının “Gənclər liderlər” üçün yay məktəbinin iştirakçıları üçün ekologiya təlimi keçirilib

Oğuzda Yeni Azərbaycan Partiyasının  “Gənclər liderlər üçün yay məktəbləri" layihəsi öz işini uğurla davam etdirir.  

Yay məktəbinin növbəti günü gənclər Oğuz rayonun Xalxal kəndinə səfər ediblər. Burada piknik təşkil edən iştirakçılara ekologiya haqqında təlim keçirilib. Sonra həmin ərazidə iməclik təşkil olunub.

Daha sonra isə “Afra” otelinə qayıdan gənclər arasında “Xəmsə” yarışması keçirilib.

Onu da qeyd edək ki, bu layihə çərçivəsində ilk dəfə yay məktəbinin iştirakçıları olan Oğuz və Lerik qrupları canlı yayıma çıxıblar. Gənclər bir birilərinə hazırladıqları fləşmobu təqdim ediblər.

Sonda isə isə əylənçəli şou-proqram təşkil olunub.

DİGƏR Xəbərlər Arxiv